Dünyanın ən varlı 5-ci adamının şirkəti 50 milyard dollar zərər açıqladı | Banco.az

Dünyanın ən varlı 5-ci adamının şirkəti 50 milyard dollar zərər açıqladı

90 yaşındakı ABŞ-lı məşhur sərmayəçi Uaren Buffetin şirkəti ilk rübdə 49,7 milyard dollar zərər edib.

Keçən ilin eyni dövrdə 21,7 milyard dollar mənfəət əldə edən şirkət, koronavirus epidemiyası ilə əlaqədar olaraq tarixdəki ən böyük zərərinə imza atıb.

Əfsanəvi sərmayəçi, 90 yaşlı Uaren Buffetin (Warren Buffett) qurucusu və İcraçı direktoru olduğu "Berkshire Hathaway" şirkəti 2020-ci ilin ilk rübündə 49,7 milyard dollar xalis zərər açıqlayıb.

Bu rəqəm, şirkətin indiyə qədər qeyd etdiyi ən böyük zərərdir.

"Berkshire Hathaway" keçən ilin eyni dövründə 21,7 milyard dollar xalis mənfəət açıqlamışdı.

Dünyanın ən varlı 5-ci adamı olan 90 yaşındakı Buffettin sərvəti də ilin əvvəlindən bu yana 17,2 milyard dollar azalaraq 72 milyard dollara geriləyib. 

Maliyyədən sənayeyə, nəqliyyatdan pərakəndəyə qədər bir çox şirkətdə investisiyası olan "Berkshire Hathaway" koronavirus epidemiyasından ən çox mənfi təsir görən şirkətlərdən biridir.

Birjada ticarət olunan "Berkshire Hathaway" səhimləri ilin əvvəlindən bu yana təxminən 20% dəyər itirib.

"Berkshire Hathaway" şirkətinin Apple, Bank of America, Coca-Cola, Wells Fargo və Kraft Heinz kimi nəhəng şirkətlərdə investisiyası var.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram