Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı | Banco.az

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı

2024-cü ilin ən təhlükəsiz minik avtomobilləri açıqlanıb.

Banco.az xəbər verir ki, bu barədə “Euro NCAP” təşkilatı aparılan qəza testlərinin nəticələrinə əsasən məlumat yayıb.

Belə ki, “Ən təhlükəsiz elektrik avtomobili” kateqoriyasında  “Zeekr X” krossoveri qalib olub. Bundan əlavə, bu model kiçik krossover sinfində də ən yaxşı avtomobil kimi tanınıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən təhlükəsiz böyük krossover “Mazda CX-80” modeli seçilib. Böyük ailə avtomobilləri reytinqində isə lider “Skoda Superb” olub. 

Mütəxəssislər həmçinin Çinin “Maxus eTerron 9”modelinin yüksək təhlükəsizliyini qeyd ediblər. Kateqoriyasından asılı olmayaraq, mütləq qalib “Mercedes-Benz E-Class” modeli seçilib.

Qeyd edək ki, “Euro NCAP” - aktiv və passiv təhlükəsizliyi qiymətləndirən avtomobillərin müstəqil qəza sınaqlarını həyata keçirən Avropa təşkilatıdır.