Dünyanın fəaliyyətdə olan ən qədim bankı olan "Monte dei Paschi di Siena" (İtaliya) gəlirlərini artırmaq məqsədilə 2 600 işçisini ixtisara salmağa və yüzlərlə filialını bağlamağa qərar verib. Adıçəkilən bank Avropanın ən problemli bankı hesab edilir. Avropada iyulda həyata keçirdiyi "Tuscan" stress-testinin nəticələri göstərib ki, belə bir addım qarşıdakı 3 il ərzində personal xərclərini 10%, filialların sayını isə 500-dək azaltmağa imkan verəcək.
Qeyd edək ki, "Monte dei Paschi di Siena" bankının gəlirlərin artırılması ilə bağlı açıqladığı plan Bankın 6 həftə bundan əvvəl seçilən baş icraçı direktoru Marko Morellinin bankın yenidən kapitallaşması ilə bağlı ilk addımıdır. Yeni ssenariyə görə, Bank 2019-cu ilin sonuna qədər xalis gəlirini 1,1 mlrd. avroya, kapitalın rentabelliyini 11%-ə, xərclərin gəlirlərə nisbəti əmsalını isə 55%-ə çatdırmaq nityyətindədir.
Mənbə: Report.az