Dünyanın ən qabaqcıl texnologiya tədbiri bu gün başlayır! | Banco.az

Dünyanın ən qabaqcıl texnologiya tədbiri bu gün başlayır!

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən qabaqcıl texnoloji tədbiri olan “CES” bu gün qapılarını ziyarətçilərin üzünə açır.

Banco.az xəbər verir ki, texnologiya aləminin ən böyük görüş yeri olan “CES” (İstehlak Elektronikası Sərgisi”)  texnologiya mütəxəssisləri və texnologiya həvəskarlarını 5-8 yanvar tarixlərində ABŞ-ın Las-Veqas şəhərində qəbul edəcək.

173 ölkədən 3100 iştirakçı şirkətin daxil olduğu nəhəng tədbiri 4700-dən çox media nümayəndəsi izləyəcək.

Texnologiyanın 41 fərqli kateqoriyada nümayiş olunacağı sərgidə iştirak edən şirkətlərdən 300-ü “Fortune Global 500”ə daxil olan şirkətlərdəndir. Ötən illə müqayisədə isə iştirakçı şirkətlərin sayı 70 faiz artıb.

Qeyd edək ki, builki konfrans proqramı çərçivəsində 5G texnologiyası, süni intellekt, robototexnika, metakainat, rəqəmsal sağlamlıq, nəqliyyat vasitələri texnologiyası və qabaqcıl mobillik, ev əyləncə sistemləri, ağıllı ev texnologiyaları və daha bir çox sahədəki inkişaflar müzakirə olunacaq, əlaqədar sektorlardan olan şirkətlər isə sərgi zallarında ən yeni məhsullarını təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et