Dünyanın ən nəhəng ticarət mərkəzləri | Banco.az

Dünyanın ən nəhəng ticarət mərkəzləri

Aranızda alış-veriş etməyi kim daha çox sevir? Bəs, istərdinizmi ki, dünyanın ən nəhəng ticarət mərkəzi Bakıda yerləşsin, həmin mərkəzi dolaşmaq üçün bir neçə gün vaxt lazım olsun. 

Dünyanın ən nəhəng ticarət mərkəzləri özlərində təkcə alış-veriş dükanlarını deyil, əyləncə parklarını, kinoteatr, akvapark və hətta süni çimərlik və buz meydançalarını da əhatə edirlər.

5. Istanbul Cevahir (Türkiyə, İstanbul)

Avropanın ən nəhəng ticarət mərkəzidir, 6 mərtəbəlidir, tərkibində 343 mağaza, 14 elit restoran, 34 kafe, 12 kinoteatr, boulinq zalı və s yerləşir.

Mərkəzdə ölçünüsə görə dünyanın ikinci ən nəhəng saatı yerləşir, rəqəmlərin hündürlüyü 3 metrə çatır. Mərkəzin sahəsi 420 000 kv metrə bərabərdir.

4. West Edmonton Mall (Kanada, Alberta)

Mall-un ərazisində  800 mağaza, eyni dam altında ən böyük ticarət mərkəzi, boulinq, mini-qolf, bu meydançası yerləşir. Qeyd etmək lazımdır ki, ticarət mərkəzi 1981-ci ildə açılıb, amma ötən müddət ərzində öz sahəsini yetərincə böyüdüb.

2004-cü ilə qədər məhz West Edmonton Mall dünyanın ən nəhəng ticarət mərkəzi hesab olunurdu. Hər il buranı 28 milyon insan ziyarət edir.

3. New South China Mall (Çin, Dunquan)

700 min kvadrat metri əhatə edən ticarət komplkesinin cəmi 1 faizi istifadə edilir, qalan 99% isə boş zallardan ibarətdir, arada qalyanaltı etmək üçün kiçik kafelərə və bir-iki dükana rast gəlmək mümkündür. Göründüyü kimi bu 205-ci ildə tikilmiş bu ticarət mərkəzi Çinin heç də ən böyük şəhəri olmayan Dunquan üçün çox böyük alınıb. Əslində isə bu şəhərin “cəmi” 6,5 milyon nəfər əhalisi var.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə nəhəng tikilinin planlaması elə də uğurlu alınmayıb. Belə ki, o meqapolisin əsas ticarət qovşaqlarından xeyli uzaqda yerləşir.

2. Dubai Mall (BƏƏ, Dubay)

350 min kvadrat metr ərazidə 1200 dükan, boulinq, buz meydanı, 22 kinoteatr, 120 restoran, nəhəng akvarium və hətta 5 ulduzlu otel də yerləşir. 2009-cu ildə tikilmiş Dubai Mall – BƏƏ-nin turistlər tərəfindən ən çox ziyarət olunan məkanları sırasındadır.

Buranı turistlər təkcə alış-verişi üçün deyil, həm də dünyanın ən gözəl fəvvarələrindən birini görmək üçün ziyarət edirlər.  Su şırnaqlarının hündürlü 128 metrə qədər çatır.

1. New Century Global Center (Çin г. Çendu)

Dünyanın ən böyük ticarət mərkəzi 2-13-cü ilin iyununda açılıb. Nəhəng binanın əhatə etdiyi sahə Monako dövlətinin ərazisindən çox azacıq geri qalır. Çox sayda dükandan əlavə mərkəzdə 14 zalı olan kinoteatr, "Paradise Island akvaparkı, buz meydanı, suni çimərlik, ofislər, otellər və s yerləşir. Mərkəzin günün 24 saatı ərzində işıq saçan və hətta qonaqları öz istisi ilə isidən  özünəməxsus süni günəşi isə ziyarətçiləri heyran qoyur.

Mərkəzin 18 mərtəbəsi vardır və onun tikilişi 1 il çəkmişdir. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et