Ev kirayələmək sahəsində dünyanın ən məşhur şirkətlərindən biri olan Airbnb, birjada səhmlərinin ilkin kütləvi təklifi (İPO ) üçün ilk müraciətini edib.
Şirkət, sənədlərini ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edib. Səhm qiyməti və satışa çıxarrılacaq səhmlərin sayı ilə əlaqədar məlumatlar hələ açıqlanmayıb.
Airbnb, koronavirus epidemiyasından ən çox mənfi təsir görən şirkətlərdən biridir. Karantin və sərhədlərin bağlanılması ilə əlaqədar olaraq yüz milyonlarla dollarlıq rezervasiya ləğv edilib. Şirkət sanki maliyyə çöküşü yaşamasına baxmayaraq səhmlərinin satışı planından geri addım atmadı.
"31 MİLYARD DOLLARDAN 18 MİLYARD DOLLARA DÜŞÜB"
The Wall Street Journal, 2017-ci ildə dəyəri 31 milyard dollar olaraq təxmin edilən Airbnb-in epidemiyada 18 milyard dollara qədər gerilədiyi fikirindədir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!
