Müəllif:Gülbəniz Hsüynli/Banco.az
Dünyanın ən güclü CEO-larının ortaq cəhətlərindən biri peşəkar uğur qazanmağa imkan verəcək universitet təhsili almaları olub. Forbes siyahısında olan CEO-ların təxminən 45%-i mühəndislik və biznes üzrə bakalavr və MBA təhsili dərəcəsinə malik olub.
Banco.az dünyanın tanınmış beş CEO-sunun təhsil həyatı haqqında araşdırmanı təqdim edir:
Heç bir CEO və heç bir şirkət texnologiyaya əsaslanan insan təcrübəsində Steve Jobs və Apple qədər inqilab etməmişdir. Bütün zamanların ən məşhur və güclü personajlarından biri olan Jobs 56 illik qısa ömründə inanılmaz nailiyyətlər və işlər görüb. Bir çox tanınmış şəxsin təhsil aldığı Reed College-də bəşəri elmlər üzrə təhsil alan Cobs universiteti yarıda qoyub iş həyatında uğur qazanan CEO-lar sırasındadır.
Harvard Universitetində Psixologiya və Komputer elmləri üzrə təhsil alan Facebook-un yaradıcısı milyarder Mark Zukerberq 19 yaşında təhsil həyatı ilə vidalaşıb. Hazırda dünyanın ən böyük sosial media platformasının sahibi olan Zukerberq 2 milyarddan çox istifadəçisi ilə sürətlə inkişaf etməyə davam edir. Hər biri bir milyarddan çox istifadəçisi olan Instagram və WhatsApp-ı əldə edən CEO, 36 yaşı olmasına baxmayaraq, son 5 ildə Forbes tərəfindən dünyanın ən zəngin 10 adamı arasında yer alır.
Dünyanın ən güclü CEO-su dedikdə ağlımıza ilk gələn ad 200 milyard dollardan çox sərvəti olan Jeff Bezosdur. Tarixin ən zəngin adamı olan Bezos Princeton Universitetinin Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə fakultəsində təhsil alıb. Seattledakı qarajından onlayn kitab satmaqla iş həyatına başlayan Bezos bu gün dünyanın ən yaxşı onlayn elektron ticarət şirkətlərindən biri olan Amazonun qurucusudur.
Fiziki və iqtisadiyyat üzrə təhsil alan Tesla və SpaceX şirkətlərinin qurucusu Elon Musk, University of Pennsylvanianın məzunu olsa da, Stanford University-ni yarıda qoyub. Dünyanın ən yaxşı 5 CEO-su arasında olmaqla, nə qədər güclü bir insan olduğunu qəti şəkildə nümayiş etdirən Musk 12 yaşında ikən öz video oyununu yaradıb. O etiraf edir ki, günümüzün sahibkarlıq dahisinə çevrilməsində aldığı təhsil böyük rol oynadı. 93 milyondan çox sərvətə sahib olan Elon Musk, 2002-ci ildə kosmik sənayeni silkələyən SpaceX şirkəti ilə bu gün Marsı koloniyalaşdırmağı planlaşdırır.
Dünyanın ən böyük texnologiya şirkətlərindən birini quran kompüter proqramçısı və sahibkar Bill Qeyts illərdir dünyanın ən güclü CEO-su kimi siyahılardakı yerini qoruyub saxlayır. Harvard Universitetinin məzunu olan Qeyts hüquq təhsili alıb. 1945-ci ildə kompüter və proqram təminatı şirkəti Microsoft-u quran Bill Qeyts hər şeyi geridə qoyub həyat yoldaşı ilə birlikdə Bill və Melinda Qeyts Fondunu açıb. Amerika universitetləri üçün milyonlarla dollar xərcləyən fond, təhsilin formalaşdırılması və məktəblərin gücləndirilməsi üçün böyük sərmayələr qoyur.
Bizi sosial şəbəkələrdən izləyin!!