Dünyanın ən məşhur 5 turizm şirkəti – SİYAHI | Banco.az

Dünyanın ən məşhur 5 turizm şirkəti – SİYAHI

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Səyahət etmək artıq yalnız əyləncə deyil, həyat tərzi halını alıb. İnsanlar fərqli mədəniyyətləri kəşf etmək, yeni yerləri görmək və rahatlıqla vaxt keçirmək üçün mükəmməl turizm təcrübəsi axtarır. Bu məqsədlə, dünya miqyasında fəaliyyət göstərən tanınmış turizm şirkətləri müştərilərə yüksək səviyyəli xidmətlər təklif edir.

Banco.az bu yazıda, dünyanın ən böyük və etibarlı turizm şirkətləri ilə tanış olub, sizin üçün ən uyğun olanını seçmək üçün lazım olan məlumatları təqdim edir

1. TUI Group

Mərkəzi Almaniyada yerləşən dünyanın ən böyük turizm şirkətlərindən biri olan “TUI Group” tətil paketləri, kruizlər, uçuşlar və otel rezervasiyaları təklif edir. Qlobal miqyasda geniş xidmət şəbəkəsinə malik olan bu şirkət hər il milyonlarla insana xidmət göstərir.

2. Expedia Group

Ən sərfəli kredit üçün müraciət et

Expedia, Hotels.com, Vrbo və Travelocity kimi brendləri əhatə edən bu şirkət,  onlayn rezervasiya xidmətlərində liderlərdən biridir. Expedia-nın mərkəzi ABŞ-də yerləşir. Şirkət səyahətçilər üçün otellər, uçuşlar, avtomobil icarəsi və tətil paketləri təklif edir.

3. Booking.com (Booking Holdings)

Hollandiyada mərkəzi yerləşən Booking.com  otellər, qonaq evləri və apartamentlər üçün online rezervasiya xidməti ilə məşhurdur. Rahat interfeysi və geniş xidmət çeşidi ilə tanınır.

4. Airbnb

Mərkəzi ABŞ-də yerləşən  Airbnb ev və otaq kirayəsi xidməti üzrə liderdir. Fərqli yaşayış təcrübələri və yerli tədbirləri təqdim edir. Daha çox fərdi və unikal təcrübələr axtaranlar üçün uyğundur.

5. CWT (Carlson Wagonlit Travel)

Korporativ səyahət xidmətləri üzrə ixtisaslaşan CWT şirkəti böyük şirkətlər üçün iş səyahətlərini təşkil edir.