Dünyanın ən kiçik ölkələri - SİYAHI | Banco.az

Dünyanın ən kiçik ölkələri - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyada beynəlxalq səviyyədə tanınmış 195 ölkə var. Bu məqalədə ərazisinə görə, dünyanın ən kiçik ölkələri haqqında məlumat verəcəyik.

Banco.az xəbər verir ki, ərazisinə görə ən kiçik ölkə Vatikandır:

1.Vatikan

Vatikan 0,44 km2 sahəsi ilə dünyanın ən kiçik ölkəsidir. Vatikanın əhalisi təxminən 1000 nəfərdir ki, onların əksəriyyəti burada işləmək üçün gələnlərdir. Vatikan İtaliyanın sərhədləri daxilində Papa tərəfindən idarə olunan müstəqil bir ölkədir. Rəsmi dilləri italyan, fransız və latın dilidir. 

2. Monako

Monako 2,02 km2 sahəsi ilə dünyanın ikinci ən kiçik ölkəsidir. Monako təxminən 40.000 əhalisi olan çox kiçik ölkədir. Monako Avropanın ən yüksək yaşayış səviyyəsinə malik yerlərindən biridir. Ölkənin rəsmi dilləri fransız və ingilis dilləridir.

3. Nauru

Nauru 20,98 km2 sahəsi ilə dünyanın üçüncü ən kiçik ölkəsidir. Ölkə həm də dünyanın ən kiçik ada dövlətidir və təxminən 11.000 əhalisi var. Ölkənin rəsmi dilləri Nauru və ingilis dilləridir.

4. Tuvalu

Tuvalu 26 km2 sahəsi ilə dünyanın dördüncü ən kiçik ölkəsidir. Avstraliya ilə Havay arasında yerləşən bu ada ölkəsinin əhalisi təxminən 12.000 nəfərdir. Ölkənin rəsmi dilləri Tuvan və ingilis dilləridir.

5. San Marino

San Marino 61,2 km2 sahəsi ilə dünyanın ən kiçik beşinci ölkəsidir. Avropa qitəsində yerləşən San Marinonun əhalisi təxminən 34.000 nəfərdir. Ölkənin rəsmi dili italyan dilidir.

6. Lixtenşteyn

Lixtenşteyn 160 km2 sahəsi ilə dünyanın altıncı ən kiçik ölkəsidir. Avropa qitəsində İsveçrə və Avstriya ilə həmsərhəd olan Lixtenşteynin təxminən 38.000 əhalisi var. Ölkənin rəsmi dili alman dilidir.

Ən sərfəli kredit üçün müraciət et

7. Marşal adaları

Marşal adaları 181 km2 sahəsi ilə dünyanın yeddinci ən kiçik ölkəsidir. Avstraliya qitəsində yerləşən Marşal adalarının əhalisi təxminən 59.000 nəfərdir. Dünyanın ən az ziyarət edilən ölkələrindən biri olan Marşal adalarının rəsmi dilləri marşal dili və ingilis dilidir.

8. Sent-Kitts və Nevis

Sent-Kitts və Nevis 261 km2 sahəsi ilə dünyanın səkkizinci ən kiçik ölkəsidir. Şimali Amerika qitəsində yerləşən Sent-Kitts və Nevisin əhalisi təxminən 54.000 nəfərdir. Ölkənin paytaxtı Baster, rəsmi dili ingilis dilidir.

9. Maldiv adaları

Maldiv adaları 297,8 km2 sahəsi ilə dünyanın ən kiçik doqquzuncu ölkəsidir. Asiya qitəsində yerləşən Maldiv adalarının əhalisi təxminən 544.000 nəfərdir. Ölkənin paytaxtı Male, rəsmi dili isə Maldiv dilidir.

10. Malta

Malta 316 km2 sahəsi ilə dünyanın onuncu ən kiçik ölkəsidir. Avropa qitəsində yerləşən Maltanın əhalisi təxminən 517.000 nəfərdir. Ölkənin paytaxtı Valletta, rəsmi dilləri isə Malta və İngilis dilləridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et