Dünyanın ən işlək hava limanlarının adları açıqlanıb | Banco.az

Dünyanın ən işlək hava limanlarının adları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci il üzrə dünyanın ən işlək hava limanlarının adları açıqlanıb.

Banco.az xəbər verir ki, Dubay Hava Limanı ardıcıl olaraq doqquzuncu il ən işlək hava limanı statusunu qoruyub. 2022-ci ildə bu hava limanının sərnişin axını 2021-ci illə müqayisədə 127% artaraq 66,07 milyon nəfər təşkil edib. İkinci yerdə 2022-ci ildə 58,24 milyon sərnişinlə London Hitrou hava limanı qərarlaşıb. İlk 10-luğa isə Amsterdam (52,46 milyon), Paris (51,76 milyon), İstanbul (48,5 milyon), Frankfurt (44,77 milyon), Madrid (36,23 milyon), Doha (35,7 milyon), Sinqapur (31,9 milyon) hava limanları daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et