Dünyanın ən iri birja operatoru "bitcoin" ilə ticarətə başlayıb | Banco.az

Dünyanın ən iri birja operatoru "bitcoin" ilə ticarətə başlayıb

"CME Group" (dünyanın ən iri fyuçers birjalarının operatoru) ən populyar kriptovalyuta olan "bitcoin" ilə ticarətə başlayıb.

"Prime" agentliyinə istinadən xəbər verilir ki, 2018-ci il üçün fyuçers müqavilələrinin start qiyməti 20,65 min dollar təşkil edir. Ticarət sessiyasının startında qiymət bir qədər artsa da, Bakı vaxtı ilə saat 07:18-də "bitcoin"in dəyəri 18,79 min dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bir həftə öncə isə Çikaqonun opsion birjasında "bitcoin" ilə ticarətə başlanılıb. Debüt ticarət sessiyasında "bitcoin"in dəyəri 25% artaraq 18,85 min dollara çatıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et