Dünyanın ən innovativ şirkətləri AÇIQLANDI | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünyanın ən innovativ şirkətləri AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən innovativ şirkətləri bəlli olub. 50 şirkətin qeyd olunduğu siyahıda bu il Covid-19 pandemiyası zamanı peyvənd və dərman preparatları istehsal edən şirkətlər sürətlə yüksəlib. Texnologiya şirkətlərinin üstünlüyü isə dəyişməz qalıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın "Boston Consulting Group" şirkəti tərəfindən hazırlanan "Ən innovativ şirkətlər 2021" başlıqlı hesabatın nəticələri açıqlanıb. Bu şirkətlərin yarıdan çoxu texnologiya, e-ticarət və istehlak mal və xidmətləri sektorunun təmsilçiləri, 10-u isə peyvənd və dərman sektorunun nümayəndələridir.

Dünyanın ən innovativ şirkətləri siyahısının ilk 4 pilləsi bu il də dəyişməyib. Belə ki, siyahıda "Apple" 1-ci, "Alphabet" 2-ci, "Amazon" 3-cü və "Microsoft" isə 4-cü pillədə qərarlaşıb.

"Tesla" ötən ilə nəzərən 6 pillə yüksələrək beşincı sırada yer alıb. Onu ardıcıl olaraq "Samsung", "IBM", "Huawei" və "Sony" izləyir. 

Koronavirus pandemiyasının təsirindən yenidən ilk 50 şirkətin arasına daxil olan "Pfizer" siyahının 10-cu pilləsində özünə yer tapıb. "Johnson & Johnson" və "Novartis"in də olduğu siyahıya digər aparıcı dərman şirkətlərindən "Abbott" və peyvənd istehsal edən digər iki şirkət - "Moderna" və "Astra Zenaca" ilk dəfə daxil olublar.

Qeyd edək ki, siyahıdakı şirkətlərə ölkə baxımından nəzər saldıqda görürük ki, sözügedən 50 şirkətin 27-si ABŞ, 5-i Almaniya, 4-ü Çin, 4-ü Yaponiya, 3-ü Cənubi Koreya, 2-si Hollandiya, 2-si İsveçrə, 1-i İngiltərə, 1-i İspaniya və 1-i Honkonqun payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram