Dünyanın ən güclü smartfonlarının adı açıqlanıb | Banco.az

Dünyanın ən güclü smartfonlarının adı açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Qlobal bazarda satılan ən məhsuldar android smartfonlarının adları açıqlanıb. 

Banco.az xəbər verir ki, flaqmanlar arasında ən güclü smartfon "Snapdragon 8 Gen 2" çipli "Red Magic 8 Pro+" seçilib. İkinci və üçüncü yerlərdə eyni prosessorlu "Vivo X90 Pro+" və "İQOO 11" qərarlaşıb. İlk onluqda yer alan on cihazdan yeddisi "Snapdragon 8 Gen 2"çipi ilə təchiz edilib.

Alt flaqmanlar arasında “Dimensity 8200” çipli “iQOO Neo7” lider, “Xiaomi 12T” və “Realme GT Neo3” ikinci və üçüncü yerləri tutub.

Orta səviyyəli cihazlara gəlincə, “Nothing Phone 1” birinci, “Realme GT Master” ikinci, “Poco X5 Pro” isə üçüncü olub. Onların hamısı Snapdragon 7 seriyasından olan prosessorlarla təchiz edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et