Dünyanın ən gəlirli valyutasının adı açıqlanıb | Banco.az

Dünyanın ən gəlirli valyutasının adı açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın ən gəlirli valyutasının adı açıqlanıb.

Banco.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Meksika pesosu 2024-cü ildə dünyanın ən gəlirli valyutası seçilib. 

O, real effektiv məzənnələrin reytinqində birinci yerdədir .

2023-cü ildə dollara nisbətdə 15 faiz bahalaşan peso bu il ABŞ valyutası qarşısında mövqeyini 1,8 faiz yaxşılaşdırıb və hazırda bir dollar üçün təxminən 16,69 peso səviyyəsində ticarət olunur ki, bu da 2015-ci ildən bəri ən yüksək səviyyəyə yaxındır. Onun artımının növbəti aylarda da davam edəcəyi gözlənilir.

Məlumata görə, Meksika valyutasının gücünün açarı onun aşağı dəyişkənliyi və Meksikadakı rekord yüksək faiz dərəcələri olub ki, bu da bir valyutada borc götürməyi və peso ilə kredit verməyi cəlbedici edir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl analitiklər noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Donald Trampın başçılıq etdiyi respublikaçıların qalib gələcəyi təqdirdə dolların beş faiz bahalaşacağını və istiqraz bazarlarında ucuzlaşmanın olacağını proqnozlaşdırırdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram