Dünyanın ən dəyərli markası seçilən “Amazon”un uğuru nədədir? | Banco.az

Dünyanın ən dəyərli markası seçilən “Amazon”un uğuru nədədir?

Bu gün dünyanın ən böyük onlayn mağazası “Amazon” 1994-cü il iyulun 5-də “Cadabra” adı ilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulub. 1995-ci ildə isə şirkət “Amazon.com” adını alır. “Amazon” fəaliyyətə yeni başlayanda konsepti onlayn kitab satmaq olub. C.Bezos kitab oxumağı çox sevirdi və istəyirdi ki, insanlar daha asan yolla kitab ala bilsinlər.

Amma qısa zamanda “Amazon”dan kitab sifarişləri təkcə, Vaşinqton ilə qalmamış, digər bölgələrdən də edilmişdi. Bu vəziyyət isə şirkətin rəhbərində narahatlıq yaradır və yeni həll yolları barəsində düşünür və qərara gəlir ki, “Amazon” yalnız onlayn kitab saytı olaraq qalmamalıdır. İlk ildə “Amazon”dan dünyanın 45 ölkəsindən məhsul almaq istəyənlər olub. Bezos “Amazon” ilə bağlı işgüzar danışıqları evinin yaxınlığında yerləşən kafedə edirdi.

Şirkətin uğurunun səbəbinə faydası olan addım isə, C.Bezosun kitabı oxuyan insanların bitirdikdən sonra şərh saytda şərh yazmalarına imkan tanıyan sistemi yaratması olmuşdu. Bu addımdan sonra, insanlar “Amazon.com”a təkcə kitab sifariş vermək üçün daxil olmurdular.

Bezos daha sonralar sayta elektronik əşyalar, video oyunlar, ev əşyaları və s. əlavə etməyə başlayır. Rəqibləri dəyər itirən vaxt “Amazon” gəlirinə gəlir qatır və beləliklə dəyərli markalardan birinə çevrilir.

Ən sərfəli kredit üçün müraciət et

O, insanların o dönəm üçün olan ehtiyacını çox yaxşı başa düşmüşdü. İnsanlar çöldən çıxmadan onlara lazım olanı almaq istəyirdilər. Bezos da insanların məhz bu ehtiyacını qarşılamışdı. Ancaq şirkəti fərqli edən nüans tək bu deyildi. Bezos marketinq xərclərini azaltdı və müştərini məmnun etmək üçün yollar tapdı. Reklam gəlirlərini azaldaraq, müştərilərə pulsuz çatdırılmanı təmin etdi.

Bezos bu gün “Amazon” ilə yanaşı, ölkənin ən önəmli mətbuat orqanı olan “Washington Post”un da sahibidir.

Qeyd edək ki, bu il “Brand Finance”ın məlumatına görə, Ceff Bezosun rəhbəri olduğu “Amazon” şirkəti 151 milyard dollarlıq marka dəyəri ilə dünyanın ən dəyərli brendi seçilib. Keçən il 106,4 milyard dollarlıq marka dəyəri ilə üçüncü sırada yer alan və dəyərini bu il 150 milyard 811 milyon dollara yüksəldən “Amazon” dünyanın nəhəng markalarını geridə qoyaraq siyahının birinci pilləsində qərarlaşıb.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et