Dünyanın ən dəyərli markaları AÇIQLANDI | Banco.az

Dünyanın ən dəyərli markaları AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

İngilis araşdırma şirkəti "Kantar" 2021-ci ilin 100 ən dəyərli markasını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ötən il pandemiyanın səbəb olduğu qlobal böhran səbəbindən bir çox şirkət çətin günlərdən keçsə də, bəziləri bu müddət ərzində marka dəyərini artırmağa nail olub.

2021-ci ilin 100 ən dəyərli markasının ümumi dəyəri 42% artımla 7 trilyon dollara çatıb ki, siyahının ilk pilləsində ardıcıl olaraq üçüncü ildir ki, ümumi marka dəyərini 64% artıran "Amazon" şirkəti yer alıb.

Marka dəyərini ən çox artıran şirkət 275%-lik göstərici ilə "Tesla" olarkən, ikinci böyük həcmli dəyər artımı isə 158%-lə "TikTok"a məxsusdur.

Gəlin dünyanın ən dəyərli markalarının "TOP-10"luğu ilə tanış olaq:

  1. AMAZON: 683.85 MİLYARD DOLLAR
  2. APPLE: 612 MİLYARD DOLLAR
  3. GOOGLE: 458 MİLYARD DOLLAR
  4. MICROSOFT: 410,27 MİLYARD DOLLAR
  5. TENCENT: 240,93 MİLYARD DOLLAR
  6. FACEBOOK: 226,74 MİLYARD DOLLAR
  7. ALIBABA 196.91 MİLYARD DOLLAR
  8. VISA: 191,29 MİLYARD DOLLAR
  9. MCDONALD'S: 154.92 MİLYARD DOLLAR
  10. MASTERCARD: 112,88 MİLYARD DOLLAR

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et