Dünyanın ən dəyərli lüks avtomobil markası bəlli olub | Banco.az

Dünyanın ən dəyərli lüks avtomobil markası bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mercedes-Benz” dünyanın ən dəyərli lüks avtomobil markası olmağa davam edir.

Banco.az xəbər verir ki, “Mercedes-Benz” ardıcıl səkkizinci dəfə dünyanın ən dəyərli markaları sırasında özünə yer tapıb.

“Interbrand” tərəfindən edilən qiymətləndirmədə alman avtomobil istehsalçısı “Mercedes-Benz” dünyanın ən dəyərli lüks avtomobil markası seçilib.

Şirkətin marka dəyəri 2022-ci ilə nisbətən 9 faiz artaraq 61,414 milyard dollara çatıb.

Qeyd edək ki, 1999-cu ildən bəri dünyanın ən dəyərli markalarını araşdıran və təhlil edən ABŞ-ın brend konsaltinq şirkəti “Interbrand” bütün namizədləri “Brendin məhsul və ya xidmətlərinin maliyyə performansı”, “Satınalma qərarının verilməsi prosesində brendin rolu” və “Şirkətin gələcək qazanclarının təmin edilməsi baxımından markanın gücü” başlıqları altında qiymətləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et