Konsultasiya firması “Brand Finance” çərşənbə günü hər il açıqladığı “Dünyanın ən dəyərli markaları” siyahısının növbətisini dərc etdi.
Keçən il birinci yerdə olan “Google” öz dəyərini 21 milyard dollar artıraraq birinciliyə yüksəldi. Keçən ilin birincisi “Apple” isə ikinci sıraya geriləyib. “Google” axırıncı dəfə 2011-ci ildə siyahının zirvəsində olub.
“Brand Finance” tərəfindən açıqlanan siyahının ilk onluğunda isə texnologiya şirkəti olmayan sadəcə iki brend var. Bunlardan biri marketlər şəbəkəsi “WalMart”, digəri isə Çinin ən böyük bankı olan ICBC‘-dir.
Ancaq keçən il bütün texnologiya şirkətləri üçün uğurlu keçməyib. İsveçin “Ericsson” şirkəti öz dəyərinin 46%-ni itirərək 204-cü yerə geriləyib. HP siyahıda ən çox dəyər itirən şirkətdir. Amerikalı şirkət öz dəyərinin 60%-ni itirib. Dəyəri ən çox yüksələn brend isə “Amazon”dur. Dünyanın ən dəyərli üçüncü brendi olan “Amazon” öz dəyərini 53% artırıb.
Siyahının ilk onluğunda olan şirkətlər və keçən ilə görə nisbəti:
Bu isə dünyanın ən dəyərli 24 brendidir:
©pahoo.az