Beynəlxalq turizm təşkilatı olan UNWTO 2017-ci ilə aid statistik nəticələri açıqlayıb. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, turistlərin ən çox getdikləri ölkələr arasında populyarlıq hər zamanki kimi Fransaya məxsus olub.
2017-ci ilin göstəricilərinə görə dünya üzrə səyahət edən turistlərin sayı 1,323 milyard insan təşkil edir. Bu son 7 ildə ən yüksək göstəricidir. Bu isə öz növbəsində 2016-cı il ilə müqayisədə 7% artım ifadə edir.
Bu ölkələr arasında Fransa 5.1% artımla liderliyi ələ alıb. Beləki, bura səfər edənlərin sayı 86.9 milyon təşkil edib. Bu baxımdan İspaniya da Fransadan heç də geri qalmır. Keçən il ərzində bura səfər edənlərin sayı 81.8 milyon təşkil edib. Siyahıda sonrakı yerlər Amerika, Çin, İtaliyaya məxsusdur. Bundan əlavə top-10-da Meksika, Böyük Britaniya, Türkiyə, Almaniya və Tayland kimi ölkələr də turistlərin istək siyahısına düşə bilib. Bundan əlavə Türkiyəyə tur paketləri alan turistlərin sayı 24.1% artıb.
Təşkilat həmçinin turistlərin ən çox xərc çəkdiyi ölkələri də qeyd etməyi unutmayıb. Siyahının lideri 210,7 milyard dollarla ABŞ olub. Sonrakı yerləri İspaniya(68 milyard dollar), Fransa(60,7milyard dollar) tutub. Amma liderlik yenə də ABŞ, Çin və Almaniyaya məxsusdur. Yəni bu gözəl ölkələrə səfər planınız varsa, əliniz cibinizdə olsun.
Nəcibə Yusifova, Banco.az