Real Madridin Ronaldosu $ 93 milyon dollar ilə dörd il ardıcıl şəkildə, Forbesin siyahısında ən çox qazanan futbolçu olaraq qalır. Onun qazanclarının əsas hissəsi illik əmək haqqı, bonus ödənişləri (58 milyon) və razılıq əqdləri - (35 milyon) sponsorluq və s müqavilələrdən gəlirdən formalaşır.
O, bu siyahıda da əzəli rəqibi Lionel Messini $13 milyon qabaqlayıb. Argentinalı futbolçusu, Forbesin reytinqinə əsasən, ötən il 80 milyon dollar qazanıb.
Messi və siyahıda 3-cü yerin sahibi olan Neymar arasında, 43-milyon dollarlıq fərq vardır, Neymar $37 milyon dollar ilə üçüncüdür. O, dördüncü yerin sahibi Gareth Baledən 3 milyon dollar daha çox qazanıb.
“Manchester United”li hücumçu Zlatan İbrahimoviç ilk beşliyi $32 milyon dollar ilə bağlayır, bu isə onun “Unidet”li digər komanda yoldaşı Wayne Rooneydən $ 8,4 milyon daha çox qazanması anlamına gəlir.
Luis Suarez ($ 23,3 milyon), Sergio Aguero ($ 22.6 milyon), James Rodriguez ($ 21,9 milyon) və Paul Pogba ($ 21,2 milyon, dollar qazanc ilə ilk onluğu təşkil edir.
$20.5 milyon dollar ilə Angel Di Maria 11-cidir, onu Çinin Shanghai klubunda $20.1 milyon qazanan. Hulk izləyir.
Siyahıda növbəti pillələrdə Thiago Silva ($20 milyon) və Eden Hazard ($18.9 milyon) gəlir. Sonrakı yerləri isə, 18,1 milyon dollar ilə Yaya Toure və Graziano Pelle paylaşır, onların qazancı Ronaldodan təxminən 5 dəfə daha azdır.
Cesc Fabregas ($ 18 milyon), Robin van Persie ($ 17,8 milyon), Gerard Pique ($ 17.7 milyon) və Məsud Özil ($ 17,5 milyon) gəlir ilə Forbesin ən çox qazanan futbol oyunçuları reytinqinin 20-liyini tamamlayır.
Ən çox qazanan futbolçuların 20-liyi ilə burada tanış ola bilərsiniz.
Könül Soltanova, Banco.az