Dünyanın ən çox kitab oxuyan ölkələri bəlli olub | Banco.az

Dünyanın ən çox kitab oxuyan ölkələri bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

Dünyada ən çox kitab oxuyan ölkələr bəlli olub. İlk onluğa daxil olanlardan 6-sı Asiya, 4-ü isə Avropa ölkəsidir. YUNESKO hər il dünya kitab paytaxtını təyin edir ki, bu ilin mərkəz şəhəri Afrika ölkəsi Qananın paytaxtı Akkra seçilib. 

Banco.az xəbər verir ki, “World Culture Score Index”ə görə, dünyada ən çox kitab oxuyan ölkə olaraq Hindistan seçilib. Onun ardınca Tayland və Çin qərarlaşıb.

Bu indeks vətəndaşların həftədə kitab oxumağa sərf etdiyi orta zaman müddəti əsasında müəyyən edilir. Çap olunan kitablarla yanaşı, qəzetlər, jurnallar və onlayn mənbələr də qiymətləndirməyə daxildir. Tək adam üçün Hindistanda kitab oxumaq müddəti həftədə orta hesabla 10 saat 42 dəqiqə, Taylandda 9 saat 24 dəqiqə, Çində isə 8 saat təşkil edir.

Dünyada ən çox kitab oxuyan ölkələr Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə) olub. ), Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) olaraq sıralanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et