Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən böyük tütün şirkətlərindən biri olan “Philip Morris International” (PMI) ənənəvi siqaretlərin istehsalını mərhələli şəkildə dayandırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində şirkətin direktoru Yaçek Olçak bildirib. Onun sözlərinə görə, brend bu qərarı sağlamlığa daha az zərər verəcək məhsulların xeyrinə verib. Həmçinin müvafiq addım tütün şirkətinin səhmlərini almaqdan imtina etməyə başlayan investorları geri qaytarmaq məqsədi daşıyır.
Yaçek Olçak eyni zamanda buxar nikotin sistemlərinin alternativ xətlərinin şirkətin inkişaf strategiyasına uyğun gəldiyini qeyd edərək eyni zamanda, bu məhsulların ötən ilki gəlirin üçdə birini təşkil etdiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!