Fond Birjası qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması kimi funksiyaları olan təşkilatdır.
Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir.
Səhmlərin ilkin alqı-satqısı fond birjasında həyata keçirilsə də, təkrar satış ikinci bazarda reallaşır. Səhm bazarları hal-hazırda dünyanın bir çox yerində geniş yayılmışdır və sürətlə inkişaf edir.
Dünyanın ən öyük 10 səhm bazarı aşağıdakılardır:
New York Stock Exchange (NYSE)
Nyu-York Fond Birjası– ABŞ-da, Nyu-York şəhərində yerləşir.
Nasdaq
Nasdaq – ABŞ-da, Nyu-York şəhərində yerləşir.
London Stock Exchange
London Fond Birjası – İngiltərədə, London şəhərində yerləşir.
Japan Exchange Group
Tokio Fond Birjası – Yaponiyada, Tokio Şəhərində yerləşir.
Shanghai Stock Exshange
Şanqay Fond Birjası – Çində, Şanqay şəhərində yerləşir.
Hong kong Stock Exchange
Honq Konq Fond Birjası – Honq Konqda yerləşir.
Euronext
Avronext – Amsterdam, Brüssel, Lissabon, London, Paris şəhərlərində yerləşir və Avropa Birliyinə aiddir.
Shenzhen Stock Exchange
Şenzen Fond Birjası – Çində, Şenzen şəhərində yerləşir.
TMX Group
TMX – Kanadada, Toronto şəhərində yerləşir.
Deutsche Börse
Almaniya Fond Birjası – Almaniyada, Frankfurtda yerləşir.