Bu ilin üçüncü rübündə dünyanın ən böyük 12 neft şirkətinin xalis mənfəəti illik müqayisədə 56,2% azalaraq 14,24 milyard dollar, gəlirləri isə eyni dövrdə 12,8% azalaraq 319,74 milyard dollara çatıb.
Məlumata görə, analoji dövrdə ən yüksək xalis mənfəət və gəlir əldə edən neft şirkəti 5,88 milyard dollar gəlir qazanan Niderlandın "Royal Dutch Shell", ən çox zərər edən şirkət isə 11,387 milyard dollarla ABŞ-ın "Schlumberger" neft şirkəti olub.
Xatırladaq ki, sözügedən dövrdə xam neftin qiymətinin 17,5% düşməsi neft şirkətlərinin gəlirlərinin azalmasında təsirli olub.
Report.az