Dünyanın ən böyük ixracatçıları - SİYAHI | Banco.az

Dünyanın ən böyük ixracatçıları - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

2022-ci ildə qlobal ixracın dəyəri təxminən 25 trilyon dollara çatıb.

Beynəlxalq ticarətin təkamülü, qloballaşmanın təsiri və texnologiyanın inkişafı ilə qlobal ticarət son 20 ildə təxminən 300% artıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük 11 ixracatçısı 2022-ci ildə 12,8 trilyon dollarlıq mal ixrac edib ki, bu da dünyanın qalan hissəsinin ixracının cəmindən (12,1 trilyon dollar) çoxdur. Bu dövrdə ən çox mal ixrac edən ölkələrin siyahısına 3,6 trilyon dollar və ya ümumi ixracın 14%-i ilə Çin başçılıq edir. Ölkə 2009-cu ildən bəri dünyanın ən böyük mal ixracatçısıdır. 

Qeyd edək ki, məqalədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatlarından istifadə edilib.

  • Çin - 3,6 trln. dollar
  • ABŞ - 2,1 trln. dollar
  • Almaniya - 1,7 trln. dollar
  • Niderland - 965,5 mlrd. dollar
  • Yaponiya - 746,9 mlrd. dollar
  • Cənubi Koreya - 683,6 mlrd. dollar
  • İtaliya - 656,9 mlrd. dollar
  • Belçika - 632,9 mlrd. dollar
  • Fransa - 617,8 mlrd. dollar
  • Honq Konq - 609,9 mlrd. dollar
  • Birləşmiş Ərəb Əmirlikləri - 598,5 mlrd. dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et