"Dünyanın ən böyük iqtisadiyyatı durğunluq riski altındadır" | Banco.az

"Dünyanın ən böyük iqtisadiyyatı durğunluq riski altındadır"

Dünyanın qabaqcıl investisiya banklarından biri olan "Morgan Stanley", ABŞ birjasının və iqtisadiyyatının pisləşməyə başladığı barədə xəbərdarlıq edib.

Morgan Stanley-in ABŞ səhmləri üzrə Baş strateqi Michael Wilson, ticarət müharibələri ilə şirkət mənfəətlərinin və milli gəlir artımının risk altına girdiyi xəbərdarlığını edib və əlavə edib:

"Açıqlanan statistik məlumatlar və sorğular Amerika şirkətlərini qazancları və iqtisadiyyatı üzərindəki risklərin bir çox sərmayəçinin düşündüyündən daha yüksək olduğuna işarə edir".

Ən sərfəli kredit üçün müraciət et

"IHS Markit" tərəfindən keçirilən sorğuya görə, ABŞ-da emal sənayesində fəaliyyət May ayında keçən doqquz ilin ən aşağı səviyyəsinə geriləyib. Həmçinin sorğuya görə, iqtisadiyyata məşğulluq təmin edən xidmətlər sektoru da ciddi yavaşlamaqdadır.

Bir çox iqtisadi məlumatın əslində Apreldən bu yana pisləşdiyinin, geriləmələrin ticarət müharibəsinin yenidən alovlanmasından əvvəl başladığının vurğulayan Wilson, "Öndə gedən bir çox şirkət, ilin ikinci yarısında daha aşağı mənfəət açıqlaya bilərlər ki, bu bizim uzun zamandır gözlədiyimiz bir şeydir, amma sərmayəçilər çox fərqində deyillər" deyib. 

Marja