ABŞ iqtisadiyyatı ilin 3-cü rübündə proqnozdan çox artıb
ABŞ Ticarət Nazirliyi məlumatlarına görə, ölkə iqtisadiyyat cari ilin 3-cü rübündə 1.9% artıb. Proqnoz 1.6% idi.
İqtisadiyyatın təməl mühərriki olan fərdi xərcləmələr bu dövrdə 2.6% artım proqnozuna qarşılıq 2.9% artıb. Xərcləmələr 2-ci rübdə 4.6% artmışdı.
ABŞ iqtisadiyyatı 2-ci rübdə 2% artmışdı.
ABŞ Mərkəzi Bankı (Fed) ola biləcək yavaşlamaya görə bu il cəmi 2 dəfə faiz endiriminə getmişdir. Fed-in bu günki iclasında da ilin 3-cü faiz endirimini reallaşdırması gözlənilir.
Marja