Dünyanın ən böyük "Ikea" mağazası bu ölkədə açıldı | Banco.az

Dünyanın ən böyük "Ikea" mağazası bu ölkədə açıldı

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük "Ikea" mağazası Filippində açılıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İsveç mebel nəhəngi "Ikea" Asiya qitəsindəki mövqeyini gücləndirmək məqsədilə yeni addım atıb. Belə ki, şirkət cənub-şərqi Asiyanın ada-dövləti Filippinin paytaxtı Manila şəhərində dünyadakı ən böyük "Ikea" mağazasını açıb.

68 min kvadrat metr sahəsi olan bu mağazanın açılışı daha əvvəl pandemiya səbəbindən təxirə salınmışdı. Bu gün isə artıq sözügedən mağaza qapılarını rəsmi olaraq müştərilərin üzünə açıb. Açılış mərasimində Filippin dövlətinin Ticarət Naziri Ramon Lopez də iştirak edib.

Xatırladaq ki, dünyaca məşhur "Ikea" brendinin 60 ölkədə 460-dan çox mağazası mövcuddur. Şirkətin qlobal miqyasda onlayn satışları isə ümumi satış həcminin 26%-ni təşkil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et