Dünyanın ən böyük fondu 50 milyard dollar itirib | Banco.az

Dünyanın ən böyük fondu 50 milyard dollar itirib

Norveçin neft sənayesindən əldə olunan gəlirlərin köçürüldüyü Dövlət Pensiya (Neft) Fondu 2018-ci ildə qiymətdə 485 milyard kron (təqribən 50 milyard avro, 57 milyard dollar) itirib.

Bu barədə Norveçin Mərkəzi Bankı bildirib.

Fondun sərmayələrinə nəzarət edən Mərkəzi Bank 6,1 faiz azalmanın əsas səbəbini fond birjalarında dəyişkənlikdə görür. Bununla belə, fond bazarlarında dəyərin itirilməsi Norveç Fondunun mövcudluğu dövründə ikinci dəfə ən pis illik nəticə olub.

Ən sərfəli kredit üçün müraciət et

“2018-ci ildə göstəricilərin zəif olmasına baxmayaraq, uzunmüddətli mədaxil etalon indeksinin mədaxilinə nisbətən daha yaxşı və yüksək olub”, - deyə Norveç Mərkəzi Bankının rəhbəri Oysteyn Olsen bildirib.

Xatırladaq ki, Norveçin Dövlət Pensiya Fondu da ümumi dəyərdə itkiyə məruz qalıb, 2017-ci ildəki 8,48 trilyon krondan ötən ilin sonunda 8,25 trilyon kronadək azalma müşahidə edilib.

Azərtag.az