Tamara Mustafayeva, Banco.az
Aktivlərinə görə dünyanın ən böyük 10 bankından biri olan Britaniyanın HSBC bankı ABŞ pərakəndə bankçılıq sektorunu tərk edəcəyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, uzun müddətdir ki, ABŞ bazarından geri çəkilməsi gözlənilən HSBC yerli banklarla rəqabət aparmaqda çətinlik çəkib. Məlum olduğu kimi, bank Şimali Amerikadakı fəaliyyətini hər ötən il daha da azaltmağa çalışırdı.
HSBC-nin bu ilin fevral ayında açıqladığı strategiyalara görə, bank bundan sonra Asiya bazarlarına yönəlməyi planlaşdırır.
Qeyd edək ki, HSBC-nin ABŞ-ın şərq sahillərindəki pərakəndə və kiçik biznes bankçılıq fəaliyyətlərini və 80 ədəd şöbəsini Citizens Bank satıb alıb. Qərb sahillərindəki 10 şöbə isə Cathay Bank-a satılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!