Dünyanın ən bahalı toyu baş tutacaq | Banco.az

Dünyanın ən bahalı toyu baş tutacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanın ən varlı iş adamı Mukeş Ambani 29 yaşlı oğlu üçün dünyanın ən bahalı toyunu hazırlayır.

Banco.az xəbər verir ki, aylardır davam edən hind toyunun sonuncu məşhur ulduzu Castin Biber olub.

İki hindistanlı milyarderin övladları Anant Ambani və Radika Merçantın iyulun 12-də baş tutacaq toylarından əvvəlki dəbdəbəli əyləncələri bu ilin mart ayından başlayıb. Cümə günü isə Mumbayda Castin Biberin səhnəyə çıxdığı xüsusi tədbir keçirilib.

Biber sözügedən səhnə performansı üçün 10 milyon dollar alıb. 30 yaşlı kanadalı pop ulduz toydan əvvəl təşkil olunan xüsusi konsertdə "Baby", "Love Yourself" və "Peaches" kimi bir çox hit mahnılarını ifa edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, mart ayından bəri davam edən toy öncəsi şənliklərdə indiyədək Rihanna, Keti Perri, Pitbull və Devid Qetta səhnəyə çıxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et