Dünyanın ən bahalı telefonlarının adları açıqlandı | Banco.az

Dünyanın ən bahalı telefonlarının adları açıqlandı

Dünyanın ən bahalı telefonları funksiyalarına görə deyil, üzərlərindəki dəyərli daş-qaşlara görə bahadır. Dizayner Stuart Huqhesin 9 həftəyə hazırladığı iPhone 5 qızıl və almazlarla təchiz edilib. Sözügedən telefonun qiyməti nə az, nə çox düz 15 milyon dollardır. 

Hər nə qədər artıq köhnə olaraq qəbul edilsədə iPhone 4 hələ də dizaynerlərin gündəmindədir. 500 parça almazdan hazırlanan iPhone 4-ün qiyməti isə 8,5 milyon dollardır. 

Zərgər Peter Alloisonun hazırladığı xüsusi iPhone 3G-nin home düyməsi isə böyük almazla təchiz edilib. Cihazın qiyməti isə 2,41 milyon dollardır. 

Nokianın telefonlarına da əl gəzdirən dizayner Stuart Huqhesin hazırladığı bir telefonun qiyməti 170 min dollardır. 

"Ulysse Nardin Chairman" adlı bir telefonun üzərində 3 min parça almaz işlənib. Bununla da, cihazın qiyməti 130 min dollara qədər yüksəlib. 

"Black Insane" adlı bir telefonun üzərində isə xüsusi almazlar əlavə edildiyi üçün qiyməti 120 min dollar olaraq müəyyən edilib. 

18 əyyar qızılla təchiz edilmiş bir telefon isə heç internetə girə bilmir. Hər hansı bir proqramı belə dəstəkləməyən "AE + Y" adlı telefonun qiyməti isə 60 min dollardır. 



















Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

 

Ən sərfəli krediti almaq üçün müraciət et