Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb | Banco.az

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın “The Economist” jurnalı illik “Ümumdünya Yaşayış Xərcləri” hesabatını dərc edib.

Banco.az xəbər verir ki, 172 ölkəni araşdıran hesabatda şəhərlərdə kirayə qiymətləri, qida-içki və enerji xərcləri əsas götürülərək ən bahalı və ən ucuz şəhərlər müəyyən edilib.

Sözügedən hesabata görə, bu ilin ən bahalı şəhərləri siyahısında iki qalib var. Belə ki, enerji qiymətlərinin artması böyük qlobal şəhərlərdə inflyasiya səviyyəsini iki dəfə artırdığı üçün Nyu-York 2022-ci ildə Sinqapurla birlikdə dünyanın ən bahalı şəhəri olub.

Ötən ilki lider Təl-Əviv üçüncü yerə geriləyib, Sidney isə ilk 10-luğa daxil olub. Digər tərəfdən, Venesuelanın paytaxtı Karakas 2022-ci ildə 132 faiz qiymət artımı ilə 2019-cu ildə 25 min faizdən çox olan hiperinflyasiya səviyyəsindən xeyli geri qalıb.

Güclü valyuta da şəhərləri reytinqdə yuxarı pilləyə qaldıran amil olub. Ən yüksək səkkiz şəhərdən altısı isə (Rusiyanın iki şəhərindən sonra) ABŞ şəhərləridir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırması və gələcək artımların siqnalını verməsi səbəbindən ABŞ valyutası bu il demək olar ki, bütün valyutalar qarşısında kəskin şəkildə möhkəmlənib.

Valyutalarının ucuzlaşdığı ölkələrin şəhərləri isə ən bahalı şəhərlər siyahısında geriləməli olub. Yaponiyanın Tokio və Osaka şəhərləri 2021-ci ildə siyahıda 13-10-cu yerləri bölüşürdülərsə, bu il 37-ci və 43-cü yerlərə geriləyiblər.

Dünyanın ən bahalı şəhərləri reytinqində ən çox geriləyən şəhərlər Stokholm və Lüksemburq olub. Hər iki şəhər də 38 pillə geriləyərək müvafiq olaraq 99-cu və 104-cü yerlərə düşüb. 

Suriyadan Dəməşq və Liviyadan Tripoli də reytinqdə ən ucuz şəhərlər olaraq qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Sinqapurun indeksə başçılıq etməsi təəccüb doğurmur. Belə ki, bu şəhər-dövlət 2021-ci ildə ikinci ən bahalı şəhər olub və ötən 10 ilin səkkizində 1-ci pillədə qərarlaşıb.

Gəlin siyahının ilk 10-luğu ilə tanış olaq:

1. Nyu York və Sinqapur 

3. Təl-Əviv, İsrail

4. Honkonq və Los Anceles 

6. Sürix, İsveçrə

7. Cenevrə, İsveçrə

8. San-Fransisko, Kaliforniya

9. Paris, Fransa

10. Kopenhagen, Danimarka

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et