Dünyanın ən bahalı pasportları açıqlanıb | Banco.az

Dünyanın ən bahalı pasportları açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb.

Banco.az xəbər verir ki, ən çox ölkəyə vizasız gediş-gəliş və güclü pasportlar təklif edən ölkələrin yer aldığı “Henley” Pasport İndeksində 118 ölkəyə vizasız girişlə siyahıda 54-cü yerdə olan Türkiyənin pasport qiyməti maraq doğurub.

Türkiyə bu il dünyanın ən bahalı pasportları siyahısında birinci yerə yüksəlib. Bu ölkədə  10 illik pasportun alınmasının qiyməti hazırda 8 min 623,30 lirədir. Bu rəqəm 2024-cü il yanvarın 1-nə olan məzənnə ilə 292,4 dollara, bugünkü məzənnə ilə isə 268 dollara bərabərdir.

Dünyanın ən bahalı pasportları siyahısında ikinci yeri Meksika tutur. 10 illik Meksika pasportunun qiyməti təxminən 234 dollardır. Dünyanın 23-cü ən güclü pasportu olan Meksika pasportu ilə 161 ölkəyə vizasız səyahət etmək mümkündür.

Dünyanın üçüncü ən bahalı pasportu 228 dollara Avstraliyadadır. Dünyanın 5-ci ən güclü pasportu olan Avstraliya pasportu ilə 190 ölkəyə vizasız səyahət etmək mümkündür.

Dördüncü yerdə 167 dollarla ABŞ pasportu qərarlaşıb. Dünyanın 6-cı ən güclü pasportu olan ABŞ pasportu ilə 189 ölkəyə vizasız səyahət etmək olur.

Ən sərfəli kredit üçün müraciət et

Yeni Zelandiya 128 dollarla dünyanın beşinci ən bahalı pasportudur. Dünyanın 5-ci ən güclü pasportu olan Yeni Zelandiya pasportu ilə 190 ölkəyə vizasız səyahət edilir.

Qeyd edək ki, 10 illik pasportun qiyməti Almaniyada 41 dollar, Yaponiyada 115 dollar, Fransada 94 dollar, İtaliyada 126 dollar, İspaniyada 33 dollar, Sinqapurda isə 53 dollardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et