Dünyanın ən bahalı iPhone 11 Pro modeli – VİDEO | Banco.az

Dünyanın ən bahalı iPhone 11 Pro modeli – VİDEO

Məşhur YouTuber Marques Brownlee Rusiya şirkəti Caviar tərəfindən istehsal olunan xüsusi iPhone 11 Pro modelini araşdırıb. Smartfonlar üçün "ultra lüks, ultra özəl" modellər hazırlayan Caviar imzalı iPhone 11 Pro Marques Brownlee-nin son mövzusu olub.

Videoda görə biləcəyiniz model Brownlee tərəfindən "dünyanın ən bahalı iPhone 11 Pro modeli" olaraq təqdim olunub. Ancaq bu doğru deyil. Telefon Caviarın satdığı ən bahalı 11 Pro siyahısında yoxdur. Çünki şirkət 132 min dollar dəyərində 11 Pro satır. MKBHD tərəfindən araşdırılan iPhone 11 Pro versiyası qızıl bir korpusa sahibdir və arxa tərəfində Tourbillon saat mexanizmi var.

Ən sərfəli kredit üçün müraciət et

Videoda gördüyünüz kimi çox ağır və qalın olan cihazın kamera çıxıntısı yoxdur. Caviar qalın korpusa görə kamera çıxıntısından istifadə etmir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et