Qırmızı ət rasionumuzda hər gün yer almasa da, qidalanmamızda əvəzolunmaz statusdadır. Bu yazıda dünyanın ən bahalı bifşteksi olan “Kobe Əti” – dən bəhs edilir. Nə üçün bu qədər bahalı ət və bu bahalığın səbəbi nədir?
Yaponyanın “Wagyu” bölgəsində yetişdirilən heyvanlardan əldə edilən bu ətlərin qeyri adı ləzzəti var. Damağınızı fərqli dadı, yumşaqlığı ilə oxşayan bu bifştekslər, qızardılma qaydasından tutmuş, heyvanların bəsləmə şəraitinə qədər uzun bir yol keçir.
Kobe/Wagyu ətini digərlərindən fərqləndirən xüsusiyyətlər:
- Doğulduqları gündən bəri heç vaxt bağlı saxlanılmır, hər zaman sərbəst şəkildə gəzirlər.
- Heyvanlara gündə üç dəfə mütəmadi yemək verilir.
- Yemək sonrası özəl masaj rutini həyata keçirilir. Bu masajlar sayəsində yağ dərinin altında deyil, damarlar vasitəsi ilə ətin içinə daxil olur və onu ikiqat ləzzətli edir.
- Masaj seansından sonra inəklərə 20 litrə qədər arpa suyu (piyvə) içirdilir.
- Qaranlıq və dar məkanda hərəkətsiz qalmalarına xüsusi diqqət yetirilən heyvanlar, nəticədə minimum əzələ, maksimum yağ kütləsi ilə təmin olunurlar.
- Mütəmadi olaraq, klassik musiqi dinlədilir.
Bütün bu komponentlər ətdəki yağlılıq səviyyəsini 50% – ə qədər artırır. Amerikan bifşteksində bu göstərici 8 – 10% dir. İndiyə qədər “Kobe Əti” – ni dadan hər kəs, daha əvvəl belə bir təcrübə yaşamadığını vurğulayır. Qeyd edək ki, Kobe Əti – nin bir nəfərlik porsionu (340qr) – 350$ dəyərindədir.
Fuad Vahabzadə, Banco.az