Dünyanın ən bahalı brendləri hansılardır? - Yeni siyahı | Banco.az

Dünyanın ən bahalı brendləri hansılardır? - Yeni siyahı

Müəllif - Aida İsaq, Banco.az

“Brand Finance” dünyanın ən bahalı brendlərinin reytinqini açıqlayıb.

Banco.az xəbər verir ki, “Amazon” 299,3 milyard dollarla liderliyi ələ keçirib. Onu ikinci yerdə 297,5 milyard dollarla “Apple” izləyir. Üçüncü yerin sahibi 281,4 milyard dollarla “Google” olub. Sözügedən siyahının dördünücü pilləsini “Microsoft” 191,6 milyard dollarla, beşinci pilləsini ABŞ-ın pərakəndə şirkəti “Walmart” 113,8 milyard dollarla, altıncı pilləsini Cənubi Koreyanın texnologiya şirkəti “Samsung” 99,7 milyard dollarla, yeddinci pilləsini Çin bankı "ICBC" 69,5 milyard dollarla, səkkizinci pilləsini ABŞ telekommunikasiya şirkəti “Verizon” 67,4 milyard dollarla, doqquzuncu pilləsini “Tesla” 66,2 milyard dollarla, onuncu pilləsini isə “TikTok” 65,7 milyard dollarla tamamlayıb.

Qeyd edək ki, siyahıda yer alan 500 şirkətin 201-i ABŞ-a, 71-i Çinə, 32-i Yaponiyaya, 31-i Fransaya, 25-i Britaniyaya, 24-ü isə Almaniyaya məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et