Dünyanın ən bahalı brendləri açıqlanıb | Banco.az

Dünyanın ən bahalı brendləri açıqlanıb

"Interbrand" şirkəti dünyanın ən bahalı brendlərinin reytinqini hazırlayıb. Siyahıda yer almış 100 şirkətin ümumi dəyəri 2,3 trln. ABŞ dolları məbləğində qiymətləndirilir.

"Apple" növbəti dəfə dünyanın ən bahalı brendi seçilərək, 8 il ardıcıl olaraq reytinqdə liderliyini qoruyub-saxlayıb. Mütəxəssislər "Apple" brendinin dəyərini 323 mlrd. dollar məbləğində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 38% çoxdur. İkinci yerdə "Amazon" brendi qərarlaşıb. Bu brend ötən ilə nisbətən siyahıda bir pillə irəliləyib. "Amazon"un dəyəri son bir ildə 60% artaraq 200,7 mlrd. dollara çatıb. "Microsoft" isə reytinqin üçüncü pilləsində yer alıb. Bu brend il ərzində 53% bahalaşaraq 166 mlrd. dollara yüksəlib.

Ötənilki reytinqin ikinci pilləsinə layiq görülən "Google" brendi 2012-ci ildən ilk dəfə siyahının ilk üçlüyünü tərk edib. Hazırda şirkət dördüncü yerdədir. Brendin dəyəri 165,4 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu, 2019-cu illə müqayisədə 1% azdır.

Siyahının ilk onluğunda yer alan digər brendlər arasında yerlər dəyişməyib. Yalnız 2019-cu ildə 5-ci və 6-cı yerlərdə olan brendlər yer dəyişikliyi edib – "Samsung" (+2%, 62,3 mlrd. dollar), "Coca-Cola" (-10%, 56,9 mlrd. dollar), "Toyota" (-8%, 51,6 mlrd. dollar), "Mercedes-Benz" (-3%, 49,3 mlrd. dollar), "McDonald's" (-6%, 42,8 mlrd. dollar), "Disney" (-8%, 40,8 mlrd. dollar).

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, reytinqdə yer almış 100 brendin ümumi dəyəri 2 366,491 mlrd. dollar məbləğində qiymətləndirilir. Bu göstərici illik müqayisədə 9% artıb.

Xatırladaq ki, 2001-ci ildə sözügedən reytinq ilk dəfə hazırlanarkən, orada yer almış brendlərin ümumi dəyəri 988 mlrd. dollara bərabər idi. Göründüyü kimi, bu göstərici 2,4 dəfə artıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et