Dünyanın ən bahalı aktyoru bəlli oldu | Banco.az

Dünyanın ən bahalı aktyoru bəlli oldu

Forbes jurnalına əsasən, dünyanın ən bahalı və çox qazanan aktyorları sırasında birinci yeri Mark Wahlberg tutub, Banco.az xəbər verir ki, o bu il $68 milyon dollar qazanıb.

Gəlirlərinin əsas hissəsi “Daddy’s home 2” və “Transformers: The last knight” filmləri əsasında formalaşıb, fimlər dünya üzrə seyrlərdən 5,3 milyard vəsait toplayıb.

 İkinci yerdə isə ötən ilin lideri Dwayne Johnson olub – gəlirlərinin cəmi $ 65 mln dollar təşkil edib.

Reytinqin üçüncüsü Vin Diesel - Forsaj filminin əsas qəhrəmanlarından biri olub, onun gəlirləri $ 54,5 mln dollar təşkil edib.

İlk onluqda 3 Bollywood nümayəndəsi də yer alıb: Shahrukh Khan, Salman Khan və Akshay Kumar

Ən sərfəli kredit üçün müraciət et

Mark Wahlberg – 68 mln dollar

Dwayne Johnson – 65 mln dollar

Vin Diesel 54.5 mln dollar

Adam Sandler 50.5 mln dollar

Jackie Chan 49 mln dollar

Robert Downey Jr. 48 mln dollar

Tom Cruise 43 mln dollar

Shahrukh Khan 38 mln dollar

Salman Khan 37 mln dollar

Akshay Kumar35.5  mln dollar 

Ən sərfəli krediti almaq üçün müraciət et