Dünyanın ən bahalı 6 təhsil ocağı | Banco.az

Dünyanın ən bahalı 6 təhsil ocağı

Dünyanın hər yerində kollec və universitetlər müxtəlif meyarlara və təhsil proqramlarına malikdirdilər. Aşağıda təhsil haqqı və digər müvafiq xərclər göstərilməklə dünyanın ən nüfuzlu kollec və universitetlərinin siyahısı verilmişdir.

1. Parsons Dizayn Məktəbi arxitektura, dizayn, moda, incəsənət, fotoqrafiya və tekstil proqramları ilə yenilikçi təhsil müəssisəsi hesab olunur. Təhsil ocağı bakalavr və magist dərəcələri üzrə proqramlar təklif edir. Yerli və xarici tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı 38510 dollar məbləğindədir. Kitablar və digər xərclər də hesablandıqda yekun məbləğ 42839 dollar təşkil edir.

2. Çikaqo Universitetində təhsil haqqı kampusda 15726 dollar təşkil edən otaqla birgə 53292 dollardır. Iqtisadiyyat və sosiologiya sahəsində ən mötəbər universitetlərdən biri olan bu təhsil müəssisəsi, ilk MBA proqramının həyata keçirildiyi universitet olaraq tanınır.

3. ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yerləşən Cons Hopkins Universiteti elmi-tətqiqat mərkəzidir. Universitet sosial və təbiət elmləri, humanitar elmlər, musiqi və incəsənət, beynəlxalq tətqiqatlar, tibb və mühəndislik sahələri üzrə təklif etdiyi təhsil proqramları ilə 24 min tələbəyə xidmət göstərir. Təhsil haqqı 52170 dollardır.

Ən sərfəli kredit üçün müraciət et

4. ABŞ-ın Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşən özəl ali təhsil müəssisəsi olan Dartmut Kolleci 1769-cu ildə yaradılmışdır. Dartmut Kolleci Dartmut Tibb Məktəbi və Tak Biznes Məktəbində keçirilən MBA proqramı ilə məşhurdur. Təhsil haqqı 52950 dollar təşkil edir.

5. Kaliforniya ştatında yerləşən Claremont McKenna kolleci tələbələrə ikili qeydiyyat, birgə və sürətləndirilmiş proqramlar və Film tədqiqatları, Klassik tədqiqatlar, Psixologiya, Dini elmlər, Asiya və Amerika tədqiqatları üzrə ixtisaslaşmalar təklif edir. Kollecin təhsil haqqı 52825 dollardır. Kollec Birləşmiş Ştatların 100 ən bahalı təhsil müəssisələri içərisindədir.

6. Böyük Britaniyanın ali təhsil müəssisələrindən biri olan London İmperial Kolleci dünya universitetlərinin reytinq sıralamasında səkkizinci yerdə qərarlaşıb. 50 ölkədən 2300-dən çox tələbə bu universitetdə qeydiyyatdan keçib. Təhsil haqqı 9250 avrodur. Tələbələrə təklif olunan təhsil proqramlarına Aeronavtika, Kimya mühəndisliyi, İnformasiya texnologiyaları və Tibb də daxildir.

​Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et