Dünyanın ən bahalı 6 qidası | Banco.az

Dünyanın ən bahalı 6 qidası

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qida yaşamaq üçün ən vacib həyati ehtiyaclarımızdan biridir. Lakin çox bahalı yeməklər də var ki, onları alıb yemək üçün xeyli pul xərcləməliyik. 

Bu məqalədə həmin qidalardan bir neçəsi haqqında qısa məlumat verəcəyik. Onu da qeyd edək ki, siyahıda qeyd edilən qida məhsulları populyarlığına görə seçilib. Yəni, adları siyahıda olmayan daha bahalı qidalar da var.

1. Vaqyu (Wagyu) əti

Bu ət haqqında saysız-hesabsız həqiqətə uyğun olmayan hekayələr var. Bunlardan bəzilərinə görə heyvanlara masaj edilir və onlara musiqi dinlədilir. Reallıq budur ki, inəklər pivə zavodundan fermentləşdirilmiş buğda ilə qidalanır. Bundan əlavə, Yaponiyanın təmiz dağ havası və suyu heyvanın ətini daha qiymətli edir.

2. Civet qəhvəsi

Civet qəhvəsi və ya "Kopi Luwak" qəhvə giləsindən hazırlanır. Hazırlanma üsulu olduqca qəribədir. Beləki, qəhvə Civet adlı pişiyəbənzər heyvanın həzm sistemindən keçən qəhvə gilələrindən hazırlanır. Civet pişiklərinin həzm sistemindən keçən bu dənələr yuyularaq günəşdə qurudulur və qovrulduqdan sonra dəmlənir.  Bir az acı olan bu qəhvə fərqli bir dada malikdir.

3. Zəfəran

Ölkəmizdə də bitən zəfəran dünyanın ən bahalı ədviyyatı tituluna sahibdir. Məsələn, İspan zəfəranının "Walmart"da unsiyasının qiyməti təxminən 300 dollardır.

4. Trüf göbələyi

Ən sərfəli kredit üçün müraciət et

Trüf göbələyi dünyanın ən bahalı qidalarından biridir. Bu göbələyin yetişdirilməsi son dərəcə çətindir. Ağ növü qara növündən daha bahalı hesab olunur. Trüf xaricdə çox sevilir və dəyərli qida olaraq tanınır.

5. Beluqa kürüsü

Nəsli kəsilməkdə olan nərə balıqlarının ən böyüyü olan və Xəzər dənizində rast gəlinən Beluqa növündən istehsal edilən bu kürünün kilosu təxminən 28 850 dollardır. Bu kürü 60-100 yaşlı nadir albinos nərə balıqlarının yumurtalarından hazırlanır.

6. Şokopologiya şokaladı (Chocopologie)

Bu şokolad ən bahalı şokoladlar sırasındadır. Şokalad 70 faiz "Valhrona" kakaosu ilə istehsal olunur. Və xüsusi sifarişlə hazırlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram