1.Əyri ev, İngiltərə (The Crooked House)
Bu ev 1765-ci ildə tikilmişdir. XIX əsrin əvvəllərində bu ərazidə dağ-mədən sənayesinin səbəbindən bir tərəfi əyilmişdir. Sonralar bu ev “Sedan House” adlandırılmağa başlanıldı (Sedan yerli dialektdə əyri mənasını verir).
Ev 1940-cı illərdə təhlükəli olaraq qeydə alınmış və məhv olunması planlaşdırılmışdı. Lakin Wolverhampton and Dudley Breweries bu evi alaraq evin əyilən hissəsini dayaq kimi divar düzəltmişdilər.
2.Dönən bədəni xatırladan göydələn, İsveç (The Turning Torso)
Bu göydələn Skandinaviyada ən hündür binadır. Binanın dizaynı ispan memarı, struktur mühəndisi və rəssamı Santiaqo Kalatrava tərəfindən edilmişdir. Rəsmi açılışı 2005-ci il avqustun 27-də olmuşdur. Binanın hündürlüyü 190 metr olmaqla, 54 mərtəbə və 147 mənzildən ibarətdir. Bina 2005-ci ildə Qızıl Emporis Göydələn mükafatına layiq görüldü.
3. Ayaqqabı ev, ABŞ (Shoe House)
Evin dizaynı 1948-ci ildə çəkməçi Mahlon Haines tərəfindən təklif edilmişdir. Evin hündürlüyü 7.6 metr olmaqla 5 mərtəbədən ibarətdir.
Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək, onun kimi ev tikməyini xahiş edir. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.
4. Kubik evlər, Niderland (Cubic Houses)
Kublara bənzəyən bu evlər Piet Blom adlı memar tərəfindən dizayn olunmuş , Rotterdam və Helmonda tikilmişdir. Memar kuba bənzər bu evləri 45 dərəcə əyərək 6 bucaqlı pilon üzərində dizayn etmişdir. Onun dizaynı şəhərin içində kəndi xatırladır. Çünki hər bir ev ağaca və bütün evlər birlikdə meşəyə bənzəyir. Bu evlərdən 18-i ilk dəfə Helmonda 1974 və 1977-ci illərdə tikilməyə başladı. Rotterdamdakı evlər isə 38 ədəd balaca kublardan ibarətdir. Evlər 4 mərtəbədən – birinci mərtəbə giriş, ikinci mərtəbədə qonaq otağı və mətbəx, üçüncü mərtəbədə 2 yataq və vanna otağı, nəhayət, sonuncu mərtəbədə balaca bağça yerləşir. Pəncərə və qapılar 54.7 dərəcə əyri yerləşmiş və ümumi ərazisi 100 kv. metrdir.
5. Nağıl evi, Viyetnam (Crazy House)
Nağıllar aləmini xatırladan bu ev ümumi dizaynı heyvanlar, göbələklər, hörümçək ağları və mağaralar kimi təbii formaları təmsil edən heykəltəraşlıq dizayn elementlərini birləşdirən nəhəng bir ağaca bənzəyir. Bina özünəməxsus arxitekturası ilə çox sayda kitablarda qeyd edilmiş və dünyanın ən "qəribə" binalarından birinə çevrilmişdir. 1990-cı ildə tikilmiş bu ev Vyetnam memarı Dang Viet Nga tərəfindən şəxsi bir layihə olaraq qurulmuşdur. O, evin dizaynını Da Lat şəhəri ətrafındakı təbii mühitdən ilham almışdır. Ev 10 qonaq otağından ibarətdir ki, hər biri bir heyvanın (Pələng, qartal, qarışqa, kenquru və s.) Otağı kimi təsvir edilmişdir. Eyni zamanda hər bir otaq bir xalqı simvolizə edir. Məsələn, pələng otağı çinlilərin güclü olmasını, qartal amerikalıların böyük və güc sahibi olmasını, qarışqa viyetnamlıların çalışqanlığını ifadə edir.
6. Rəqs edən ev, Çexiya (Fred & Ginger)
Nationale-Nederlanden ləqəbi verilmiş bu ev Xorvat-Çexiya memarı Vlado Miluniç, Kanada-Amerika memarı Frank Gehri ilə 1992-ci ildə dizaynı hazırlamış və ev isə 1996-cı ildə tamamlanmışdır.
Qeyri-adi memarlığına görə Çexiya Milli Bankı 2000 çex kronunu üzərində bu binanı təsvir edən qızıl sikkə buraxmışdır.
7. Kanzas şəhər ictimai kitabanası, ABŞ(Kansas City Public Library)
5 dekabr 1873-cü ildə təsis edilən bu kitabxana Kanzas şəhərinin ən qədim və üçüncü böyük kitabxanasıdır. Kitabxanada Kanzas şəhərinin qədim tarixini əks etdirən xüsusi koleksiyonları, orijinal və nəşr materialları, xəbərlər, poçt kartları, fotoşəkillər, xəritələr və şəhər kataloqları, Afrika-Amerika tarixi və mədəniyyəti ilə bağlı kitablar, broşürlər, jurnal məqalələri və digər materiallar vardır.
8. Lotus məbədi, Hindistan (Lotus Temple)
Binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulmuşdur. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər.
Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsinə üçün İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdir. Tikinti işləri 1980-ci ildə başlasa da, 1986-cı ilin dekabrında yekunlaşdırılmışdır.
Tərlan Qəhrəmanova, banco.az