Dünyanın 10 ən təhlükəli şəhəri | Banco.az

Dünyanın 10 ən təhlükəli şəhəri

Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb. İsveçrənin sığorta şirkətlərindən birinin apardığı araşdırmalar nəticəsində hazırladığı siyahıda 10 şəhər yer alıb.

Siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir. Bu şəhərdə baş verən zəlzələ, sunami və daşqınlar onu dünyanın ən təhlükəli şəhərinə çevirib.

2-ci pillədə Filippinin paytaxtı Manila qərarlaşıb. Burada da qasırğa və zəlzələlər şəhəri təhlükəli edir.

3-cü ən təhlükəli şəhər Çinin Mirvari çayı ətrafındakı yaşayış məntəqəsidir. Burada 2005-ci ildə sel nəticəsində 500-dən çox adam ölmüşdü.

Ən təhlükəli şəhərlər siyahısının 4-cü pilləsində Yaponiyanın Osaka-Kobe şəhəri qərarlaşıb. Burada 1995-ci ildə baş verən zəlzələ 6500-ə yaxın insanın həyatına son qoymuşdu.

5-ci ən təhlükəli şəhər İndoneziyanın paytaxtı Cakartadır. Burada daşqınlarla yanaşı, hətta 6 bal gücündə zəlzələ də xeyli insan ölümünə səbəb olur.

6-cı pillədə Yaponiyanın Naqoya şəhəri yer alır. Burada sunami təhlükəsi yüksəkdir.

7-ci ən təhlükəli şəhər Hindistanın Kəlküttə şəhəridir. Burada da sunami riski böyükdür.

Çinin Şanxay şəhəri isə daşqın təhlükəsinin böyük olduğu şəhərlərdən biri olaraq, siyahının 8-ci pilləsində qərarlaşıb.

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhəri ən böyük seysmik zonalardan biri hesab edilməklə, ən təhlükəli 10 şəhərdən 9-cusu hesab edilir.

Siyahını seysmik zonada yerləşməklə təhlükəli olan İranın paytaxtı Tehran tamamlayır. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az 

Ən sərfəli krediti almaq üçün müraciət et