Dünyanı dəyişəcək 5 texnologiya | Banco.az

Dünyanı dəyişəcək 5 texnologiya

New York Times biz insanları elmi fantastik film personajlarına çevirə biləcək yeni texnologiyaların siyahısını tərtib edib. Həmin siyahını sizlərə təqdim edirik.

1. Səhiyyə sahəsində süni zəka:

Neyron şəbəkələr tibbi xidmət sistemində əsl inqilab yarada bilərlər. Dərinləşdirilmiş təlim süni zəkaya MRT(Maqnit Rezonans Tomoqrafiyası) və rentgen təsvirləri sayəsində xəstəliklərin diaqnostikasına imkan verir. Məsələn kompüter tomoqrafiyası təsvirlərini analiz edərək süni zəka ağciyər xərçənginin diaqnozunu təyin edə bilər. Bu cür texnologiyalar əsasən ixtisaslı həkimlərin az olduqları regionlarda əlverişlidir. “Google” şirkəti artıq Hindistanda bu cür texnologiyaların ilk mərhələsini işə salır. Bundan əlavə olaraq yaxın zamanda süni zəka əczaçılara yeni dərmanların yaradılmasında və onların necə insan orqanizminə təsir etməsinin müşahidəsində yardımçı olacaq.

2. Kompüter ilə söhbət:

Bir neçə müddət bundan öncə Vaşinqton Universitetinin professoru Luke Zettlemoyer bildirmişdi ki, şifahi nitqin təyin olunması texnologiyaları sahəsində irəliləyiş baş verib. Yaxın zamanda insanın təkcə spesifik səs əmrlərini deyil, həmdə adi danışıq nitqini başa düşəcək cihazlar yaradılacaq. Bu sahədə ən böyük irəliləyişi məhz “Google”, “Facebook” və “Microsoft” şirkətləri əldə ediblər.

Onlar söz veriblər ki, yaxın zamanda bizim telefon və istənilən digər cihazla ünsiyyət anlayışımızı tamamilə dəyişəcəklər. Buna oxşar layihə ilə Replika adlı startap məşğul olur. Belə ki, o, özünüzü yalnız və ya kefsiz hiss etdiyinizdə sizə dəstək verəcək çatbot yaradıb. Ola bilər ki, müəyyən vaxtdan sonra “Amazon” şirkətinin Alexaadlı səsli köməkçisi tam şəkildə həmsöhbət şəxsə çevriləcək və onunla adi insan kimi dialoq qurmaq mümkün olacaq.

3. Fikirlərin oxunması:

Bəziləri düşünür ki, gələcək, səsli köməkçilərdə deyil, kompüterlə fikir ünsiyyətindədir. Neurable adlı startap hal hazırda insanın öz personajını fikir gücü ilə idarə etmək üçün elektroensefaloqrafiyadan istifadə edən oyun hazırlayır. Təbii ki, hər dəfə kompüter arxasına keçib çalışmaq üçün başa elektrodlar taxmaq heç də rahat bir özəllik deyil. Lakin “Facebook” düşünür ki, bu texnologiyanı təkmilləşdirmək və optik ötürücülərə sahib olan daha güclü sistemlər yaratmaq mümkündür

Ən sərfəli kredit üçün müraciət et

Bu isə o deməkdir ki, əl ilə klaviaturada çap olunan mətndən fərqli olaraq fikir gücü ilə həmin mətni 5 dəfə daha tez çap etmək mümkün olar. Bu barədə Elon Musk daha qabağa gedərək başa implantlaşdırılmış çip sayəsində beyin impulslarının təyin edilməsini təklif edib. İlk öncə bu texnologiyanın fiziki qüsurlu insanların həyat şəraitlərini yaxşılaşdırmaq üçün istifadə etmək planlaşdırılır. Əgər texnologiya uğurlu olsa, onda bu çipləri istənilən şəxsə quraşdırmaq olacaq.

4. Uçan avtomobillər:

“Kytty Hawk”, “Joby Aviation”, “Uber” və “Airbus” kimi şirkətlər şəhər mühitində uçan aparatların yaradılması üzərində çalışırlar. Dizaynerlər həmin aparatların müxtəlif forma və ölçülərinin konseptlərini hazırlayırlar. Lakin onların hamısının çalışma prinsipi eynidir. Yəni sürücüyə avtomobilin, vertolyotun və kiçik təyyarənin birləşdirilmiş hibridi təqdim olunacaq. Təbii ki, uçan avtomobillərin irimiqyaslı şəkildə yayılması üçün investorları razı salmaq lazım olacaq. Müxtəlif ölkələrin dövlət orqanları isə hava hərəkəti qaydalarını tərtib etməli olacaqlar.

5. Kvant kompüterləri:

Kvant kompüterlərinin yaradılışı bəlkə də insanlığın ən mühüm problemlərinin həll olunmasını söz verir. Yeni dərman ixtiralarının sürətlənməsi, maliyyə bazarlarının və nəqliyyat sisteminin optimallaşdırılması və s. Hal hazırda kvant kompüterləri ilə bir problem var. Onları qurmaq çox çətindir. Lakin “Google”, “IBM” kimi şirkətlər və Rigetti Computing kimi startaplar bu texnologiyanın inkişafı üçün hər il külli miqdarda vəsait xərcləyirlər. Lakin məhz kvant kompüterləri bitcoin və digər kriptovalyutaları məhv edəcəklər. Bu cür nəticəyə Sidney Texnoloji Universitetinin alimləri gəliblər.

Mənbə: Technote

Ən sərfəli krediti almaq üçün müraciət et