Dünyanı daha böyük iqtisadi böhran gözləyir | Banco.az

Dünyanı daha böyük iqtisadi böhran gözləyir

"Societe Generale" finans şirkətinin planlama mütəxəssisi Albert Edvards Çin kimi ölkələrin ixracatlarını daha da artırmaq üçün pullarını devalvasiya etməklə ortaya çıxan deflyasiya (yerli valyutanın alıcılıq qabiliyyətinin artması - red.) təhdidi ilə əlaqədar uzun müddətdir ki, xəbərdarlıq edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, qlobal iqtisadiyyatda oyunun sonunun ticarət müharibələri səbəbindən gözləniləndən daha tez gələ biləcəyini iddia edir. Edvards deflyasiya dalğasının 2008-ci ildə baş vermiş iqtisadi böhran kimi yeni bir qlobal böhrana səbəb olacağını bildirir. O, Donald Tramp administrasiyasının ABŞ-da yeritdiyi siyasətə növbəti böhranı sürətləndirəcək katalizator kimi baxır. Mütəxəssisin fikrincə, ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük tarifləri tam miqyaslı ticarət müharibəsi üçün zəmin ola bilər.

Edvardsın "Buz dövrü" adlı yazısında qeyd olunur ki, qlobal deflyasiya rifah, qazanc və məşğulluğa zərər verdiyi müddətcə ticarət müharibələri və valyutaların devalvasiyası dərin böhrana səbəb olacaq.

İqtisadçıların fikrincə, dünyanın ən güclü ikinci iqtisadiyyatına sahib olan Çin istehsal etdiyi poladın sadəcə 1,1 faizini ABŞ-a ixrac edir ki, bu səbəbdən də Tramp idarəçiliyinin tətbiq etdiyi yeni gömrük tarifləri Çin iqtisadiyyatına o qədər də böyük zərbə vurmayacaq. Lakin Edvards bunun Çinə qarşı tətbiq ediləcək daha böyük sanksiyalardan ilki ola biləcəyini və qarşılıqlı cavablaşmanın mübahisələri daha da gərginləşdirəcəyini ehtimal edir. Belə ki, ABŞ Çini cəzalandırmaq üçün 60 milyard dollar məbləğində Çin malına yeni tariflər tətbiq etməyə başlayıb. Çin də buna cavab olaraq ABŞ-a 3 milyard dollar məbləğində vergi cəzası tətbiq edib. Digər tərəfdən "Öncə ABŞ" deyən Tramp və administrasiyası yeni ortaqlıqlara başlaya bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Edvardsın fikrincə, ABŞ yeritdiyi bu siyasəti daha sonra Almaniya və Avropa Birliyinə qarşı tətbiq edə bilər.

Bank of America Merrill Lynch (BofAML) ticarət müharibəsinin yeni başladığına dair dörd maddədən ibarət xəbərdarlıq siyahısı yayımlayıb:

1. Yeni gömrük tarifləri ticarət müharibəsinin sürətlə başlaması üçün zəmin hazırlayır. BofAML-ın qlobal iqtisadi araşdırma rəhbəri Ethan Harris polad və alüminiuma tətbiq edilən gömrük tariflərindən sonra Çindən idxal edilən elektron avadanlıqlara da yeni tariflər tətbiq olunacağını ehtimal etdiyini deyib.

 

2. Proteksionizmin (dövlətin yerli istehsalçılara inhisar hakimiyyəti üçün maliyyə dəstəyi verməsi ilə milli rifah yüksəlir - red.) müdafiəçiləri iqtisadi gündəmi müəyyənləşdirəcək. Harris bu mövzuda xüsusilə Ağ Evin Milli Ticarət Şurasının sədri Pitr Navarro, ABŞ-ın ticarət naziri Vilbur Ross və ABŞ Ticarət nümayəndəsi Robert Laytizerin gündəmi formalaşdıracağına diqqət çəkib.

 

3. Ağ Ev adminstrasiyası nə vaxt kommersiya haqda tədbir görsə, onu mütləq yeni bir avtoritar nümayəndə heyətinə həvalə edir. Milli təhlükəsizliyin polad və alüminiumun gömrük tariflərinin artırılması üçün səbəb olaraq istifadə edilməsi böyük addımdır. Çünki iqtisadiyyata zərər verə biləcək hər şeyə rahatlıqla tətbiq edilə bilər.

 

4. Bu günə qədər ticarət sahəsində atılan addımlar ABŞ ticarətindəki kəsiri qarşılamır. Harrisin fikrincə, Tramp və onun kadrları bu səriştəsizliyi leyhlərinə istifadə edərək ticarət məhdudlaşdırmalarında daha böyük addımlar atmaq istəyəcəklər.