Əgər dünyada indiyədək hasil edilmiş bütün qızılları əridib bir yerə toplamaq mümkün olsa, tili 21 metr olan kub alınacaq.
Bu rəqəmləri Dünya Qızıl Şurası açıqlayıb. Şuranın məlumatına görə, 2017-ci ilədək dünyada qədim dövrlərdən indiyədək hasil edilən bütün qızılların həcmi 190 040 ton təşkil edib. Hər il dünyada 2,5-3 min ton qızıl çıxarılır. Analitiklər onu da hesablayıblar ki, indiyədək çıxarılan qızılların 3-də ikisi 1950-ci ildən sonrakı dövrə düşür. Dünyadakı qızılların təqribən yarısı – 47,7%-i qızıl zinət əşyalarındadır.
Ekspertlərin fikrincə, yerin altındakı qızıl ehtiyatlarının həmi 54 min tondan artıq deyil və bu həcm qarşıdakı 8-10 ilə çıxarıla bilər.
fed.az