Müəllif - Aida İsaq, Banco.az
Türkiyədə baş verən dağıdıcı zəlzələ minlərlə insan həyatına son qoydu. Eyni zamanda sosial həyata maddi və mənəvi zərər vuraraq bütün dünyanı dərindən sarsıtdı. Məhz bu səbəbdən artıq bir çox ölkələrdə zəlzələdən qorunma tədbirləri gündəmə gəlib. Ancaq maraqlıdır ki, dünyada inşasına başlanılan zamandan zəlzələ faktorunun nəzərə alınaraq tikilən memarlıq nümunələri hansılardır. Gəlin, tanış olaq.
"Sabiha Gökçen hava limanı"
Türkiyədə yerləşən hava limanında 8 ballıq zəlzələyə tab gətirə bilən 300 əsas izolyator sistemi var. Hava limanı dünyada seysmik cəhətdən ən izolyasiya edilmiş tikililərdən biridir. Limanın inşası zamanı istifadə olunan sarkaç qurğusu titrəmələr zamanı struktura ötürülən hərəkətlərin qarşısını alır.
"Taybey-101"
Çin Xalq Respublikasının Tayvan adasında, yerləşən bu göydələn öz memarlıq üslubu ilə göz oxşayır. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir. Binanın 88-92-ci mərtəbələrində xüsusi qurğu- dempfer yerləşdirilib. Bu qurğu külək və zəlzələ zamanı binanın tərpənməsini nizamlayır. Kürə şəklində olan qurğunun qiyməti 4 milyon dollar məbləğində qiymətləndirilir.
“Transamerica Pyramid”
Transamerica Piramidası Kaliforniyanın San-Fransisko şəhərində yerləşən San Andreas Hayward qırılma xətti yaxınlığında yerləşir. 1970-ci illərin simvolik memarlıq nümunəsidir. Tikilidə konstruktiv sistemlərin kompleks birləşməsi binanın burulma hərəkətlərinə qarşı müqavimətini gücləndirir.
"Filippin arenası"
Filippin arenası dünyanın ən böyük qapalı stadionudur. Eyni zamanda arena dünyanın ən aktiv zəlzələ qırılma xətləri zəncirinin evi olan Sakit Okean Halqası boyunca uzanır. Lakin buna baxmayaraq arenada tətbiq olunan zəlzələ sistemi sayəsində alt quruluş hərəkət edərkən üst quruluş sabit qalır.
"Bürc Xəlifə"
Bürc Xəlifə dünyanın ən dayanıqlı binalarından biridir. Hündürlüyü ilə rekord qıran binanın divar və döşəmələrinin inşa edilmə tərzi zəlzələ zamanı həm yan, həm də burulma istiqamətlərində müqavimət göstərməyi dəstəkləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!