Dünyada yalnız Türkiyədə istehsal olunan QİYMƏTLİ daş | Banco.az

Dünyada yalnız Türkiyədə istehsal olunan QİYMƏTLİ daş

Türkiyənin Muğla bölgəsi həm turizm, həm də yeraltı sərvətləri ilə insanların sevimli məkanıdır. Fethiye və Köyceğiz bölgələrindəki xrom yataqları, asbest, təbii daş, dəmir, qrafit, əhəng daşı, maqnezium, manqan, kvars, kükürd və uran, eləcə də Milasdakı boksit və kükürd yataqları regionun ən əhəmiyyətli mədənləri olaraq tanınır. Dünyada 1997-ci ildən sonra tanınan “diaspor” daşıda məhz Milas ərazisində yerləşən mədəndən çıxarılır. Sözügedən mədən eyni zamanda bu təbii daşın əldə olunduğu yeganə mənbədir.

Banco.az xəbər verir ki, mədənin administratoru Ahmet Murat Akgünün verdiyi açıqlamalara əsasən “diaspor” alüminium əsaslı mineraldır.

"Bu daş ilk dəfə 1800-cü illərdə Rusiya və Pensilvaniyada kəşf edilib. Rəngini dəyişdirməsi ilə fərqlənən bu qiymətli daş ilk dəfə olaraq yalnız Türkiyədə çıxardılır. 1970-ci İllərlə Etibankın açdığı bir alüminium mədənində ortaya çıxsa da, dünyada tanınması 1990-cı illərə təsadüf edir.”

Etibank iqtisadi gəlir gətirmədiyi səbəbiylə mövcud sektordan imtina etdikdən sonra bəzi insanların karxanaları talan edərək qanunsuz olaraq əldə etdikləri bu daşlar öz alıcılarını tapır. Bölgəyə gələn turistlərə satılır. Bəzi professorlara verilir və ya xaricə qədər gedib çıxır. 1990-cı illərdə dünyanın aparıcı təşkilatı olan GİA bu barədə məqalədə dərc edərək məhsulu II tip (ikinci tip) təsnifat siyahılarına əlavə edir. Bundan sonra “diaspor” kristalından bütün dünyanın məlumatı olur.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədə qiymətli daşlar çox tanınan və insanların maraq göstərdiyi bir sahə deyil. Əslində müəyyən bölgələrdə qiymətli metalların əldə olunduğu potensial mənbələr var. Amma bu işin mədənçilik tərəfi bir o qədər də inkişaf etməyib. “Diaspor daşı” malik olduğu özəllikləri və dünyanın heç bir yerində tapılmaması ilə bu siyahıda liderlərdən biridir.

Sözügedən daş gündüz yaşıl rəngdə görünə bildiyi kimi şam işığında çəhrayı rəngə boyanır. Bu iki rəng daşın rəng miqyasındakı iki son nöqtədir. Çəhrayı və yaşıl rənglər arasındakı rəng tonları isə gün işığına və bəzən üzərimizdə olan materiallara görə dəyişir. Qiymətli daşda müşahidə olunan bu rəng dəyişiminin səbəbləri hələ də araşdırılır.Bundan başqa daşın kəsilmə prosesinin xüsusi diqqətlə həyata keçirilməsi tələb olunur. Çünkü buna əməl olunmazsa daş rəng dəyişmə funksiyasını itirə bilir.

A.M.Akgünün sözlərinə görə onlar bu təbii daşı xammal şəklində istehsal edərək satışa buraxırlar. Bir neçə əldən keçən məhsul müxtəlif aksesuarların hazırlanmasında istifadə olunur. Eyni zamanda xammal qiymətindən daha baha qiymətə təklif edilir. Victoria's Secret-in sevilən mələklərindən biri Alessandra Ambrosio kimi məşhurlar da diaspor daşı ilə dizayn edilən bəzək əşyalarından istifadə edir.

Dünyada bir tek Muğla'da bulunuyor! Elmastan bin kat daha değerli

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et