Dünyada xam polad istehsalı artıb | Banco.az

Dünyada xam polad istehsalı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay qlobal xam polad istehsalı artıb.

Banco.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) may ayı üzrə xam polad istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, qlobal xam polad istehsalı 2024-cü ilin may ayında ötən ilin eyni ayına görə 1,5 faiz artaraq 165,1 milyon tona çatıb.

Sözügedən dövrdə Çinin istehsalı 2,7 faiz artaraq 92,9 milyon tona çatarkən, Yaponiyanın istehsalı isə 6,3 faiz azalaraq 7,2 milyon tona düşüb. Bu dövrdə Almaniyanın istehsalı 1,9 faiz azalaraq 3,2 milyon tona, ABŞ-ın istehsalı isə 1,5 faiz azalaraq 6,9 milyon tona qədər geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, qlobal xam polad istehsalı bu ilin yanvar-may dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq 793,2 milyon tona düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et