Müəllif:Mehin Qasımova/Banco.az
Son zamanlar bir çox şirkət öz uçan taksi xidmətləri üzərində işləyir, eyni zamanda müxtəlif uçuş sınaqları da həyata keçirilir.
Bəzi uçan taksilər indi sərnişin daşımağa hazır olsalar da, tənzimləyici qaydalar və əldə olunmayan icazələr hələlik daşınmaya mane olur.
Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.
Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin tullantıları sıfırdır.
Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti isə saatda 320 kilometrdir.
Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyinə diqqət çəkilib.
Bizi sosial şəbəkələrdən izləyin!!